26 dekabr 2013 17:40

Georgi Nikolov: Cavadovu hələ ÇSKA-da olduğu zaman transfer etmək istəyirdik

"İnter" klubunun prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində mövsümün ilk yarısından, komandadan uzaqlaşdırılmış futbolçulardan və Vaqif Cavadovdan danışıb.

- Cari mövsüm sizin üçün yaxşı başlamadı...
- Milli çempionatın əvvəli  "İnter" üçün dəhşətli oldu. Sonra öz oyunumuzu taparaq, bir qədər düzəldik. Sabit bir neçə tur yaxşı oynadıq. Fasilə ərəfəsində yenə xallar itirdik. Hazırda liderdən çox uzaqda deyilik. Amma müəyyən mənada oyunumuzu düzəltməliyik. 5 ballıq sistemlə komandama 3,5 qiyməti verərdim.

- Komandanın çempionata zəif başlamasında səbəb nə idi?
- Əslində, biz məşqçilər korpusundan bir qədər baxımlı futbol oynamağı tələb etdik. Biz istəyirdik ki, ilk hissədə qol vuraq. İkinci hissədə gözəl futbol oynayaq. Elə bil “Moskviç”in açarı bizdə olduğu zaman, birdən-birə “Porshe”-yə mindik. Fikrimcə, komandanın öz oyunun sistemi var. Hücumla müdafiənin balanslaşdırılmış taktikasından istifadə edirdk. Dəyişiklik istədik, nəticəsi yaxşı olmadı.

- Artıq iki futbolçuyla yollarınızı ayırdınız. Yenə gedən olacaqmı?
- Flavio Bek Junior və Joao Paolo Dantas komandanı tərk edəcək. Onlarla müqaviləyə xitam veriləcək. Yəqin, yaxın günlərdə onlar özlərinə yeni komanda tapacaq. Eyni zamanda üç futbolçuyla möhkəmlənməyi planlaşdırırıq. Müdafiə, yarımmüdafiə və hücum xəttlərində yeni oyunçu transfer ediləcək. Fevraldan bizi çətin oyunlar gözləyir. Gərək heyətdəki boşluqları doldura bilək.

- Artıq danışıqlar apardığınız futbolçular var...
- Yerli oyunçuların hamısı müqaviləylə öz klubuna məxsusdu. Ona görə xarici bazara diqqət yönəltmişik. Məşqçilər korpusu hələ Bakıdadır. Tapşırıq vermişəm, istədikləri futbolçuların adını bayrama qədər mənə təqdim etsinlər. Tez bir zamanda transfer işlərini yekunlaşdırmaq lazımdır. Yeni futbolçular komandayla birgə təlim-məşq toplanışında olmalıdır. Hazırlıq zamanı beş yoxlama görüşü keçirəcəyik. Rəqiblər hələlik dəqiqləşməyib.

- Cari mövsüm komandanın hədəfləri nə olacaq?
- Çox şey itirilməyib. Qarşıda 18 tur var. Gərək xallar toplamaqla yuxarı pillələrə yüksələk. Çempionatda 4-cü yerdə qərarlaşsaq avrokuboklar uğrunda mübarizə apara bilərik. Və yə Azərbaycan Kubokunda uğurlu çıxış etməklə Avropaya vəsiqə qazanmaq olar. Hər biri çox çətindir. Çempionatda rəqabət çox artıb. Medallar uğrunda daha çox komanda yarışır. 

- Hücumçu Vaqif Cavadov son aylar yaxşı oyun sərgilər. Hərçənd son iki mövsüm digər klublarda o qədər yaxşı təsir bağışlamayıb...
- Vaqif qol vurmaqla komandaya dəstək olur. Eyni zamanda Kaxaber Çxadadzedə onu yenidən əvvəlki formasını qaytarmaqla ona kömək edir. Bir növ qarşılıqlıdır. Cavadov yaxşı oyunçudur. Cari mövsüm "İnter"in heyətində vurduğu qolların sayı son üç klubunda vurduğu qolların cəmindən çoxdu. Fasilədən sonra ondan sabit oyun görmək istərdik. Çünki, komandanı daha çətin görüşlər gözləyir.

- Deməli onun transfer olunmasına peşman deyilsiniz?
- Sizə sirr açıqlayım. Vaqif Cavadov Rusiyada ÇSKA-da oynadığı zaman diqqətimizi cəlb etmişdi. Hələ onda "İnter" onunla müqavilə bağlamaq istəyirdi. Müəyyən səbəblər ucbatından o vaxt həmin transfer alınmadı. Əvəzində Cavadov indi bizim komandadır. Kapitan kimi ümidləri doğruldur. Qoy bundan sonra da lider kimi komandanın uğurunda pay sahibi olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.