26 dekabr 2013 16:44

Qarabağ 2013-ün ən yaxşısını seçdi

Artıq 2013-cü il geridə qalmaq üzrədir. Azerisport.az xəbər verir ki, hər olduğu kimi “Qarabağ” futbol klubu ilin ən yaxşılarını seçdi.
 
Ənənəvi olaraq sorğuda klubun idarə, texniki və inzibati heyəti qatıldı. Səsvermə bir qədər standardlardan fərqlənib. 2013-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı vardı (2013-ün ilk yarısında “Qarabağ” da çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq sütunla qiymətləndirilirdi. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılmalı idi. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alındı. Maraqlıdır ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazandı. Bəli, gözlənildiyi kimi “Qarabağ”ın braziliyalı forvardı Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçildi. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 istisna ilə hər kəsdən maksimum xal alıb. Reynaldo elə ilin əvvəlində komandaya qoşulub. “Anderlext”dən transfer edilmiş ön xətt oyunçusu ilin ilk yarısında cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində effektliliyi ilə komandaya böyük fayda gətirmişdi. Bu mövsüm isə fırtına kimi başlayan Reynaldo avrokuboklarda 5, premyerliqada 7, kubokda isə 1/4 finala yüksəlməyə səbəb olan yeganə qola imza atıb. 2008-ci ildən keçirməyə başlanan sorğuda Admir Teliden sonra il sonunda klub çalışanlarının rəğbətini qazanan 2-ci əcnəbi oldu.
 
2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən 3-cü olan Riçard Almeyda 2-ciliyi sadəcə 2 xalla Rəşad Sadıqovu qabaqlamaqla əldə edib. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.
 
Bütün qaliblər:
2008 - Maksim Medvedev;
2009 - Vaqif Cavadov;
2010 - Rauf Əliyev;
2011 - Admir Teli;
2012 - Vüqar Nadirov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.