26 dekabr 2013 15:51
Tahir Süleymanov: Sərfəli təklif olacağı təqdirdə, Bertuççinin transferi haqda düşünə bilərik
Braziliya klublarından sərfəli təklif olacağı təqdirdə "Neftçi" Brunno Bertuççinin başqa klubda oynamasına icazə verə bilər. Azerisport.az xəbər verir ki, bu məlumatı klubun vitse-prezidenti Tahir Süleymanov verib: "Bertuççiylə uzun müddətli müqaviləmiz var. Onun hazırda başqa kluba keçidi müzakirə olunmur. Çünki, rəsmi təklif yoxdur. Futbolçunun meneceri bizə bildirdi ki, əgər Braziliya klublarından təklif olsa münasibətiniz necə olacaq? Biz də sərfəli təklif olacağı təqdirdə düşünə biləcəyimizi dedik. Hazırda rəsmi təklif olmadığı üçün konkret fikir söyləmək çətindir".
Tahir Süleymanov qış transfer dönəmində heç bir legioner futbolçuyla güclənməyəcəklərini də söylədi: "Yanvarda futbolçu almaq planımıza daxil deyil. İcarədə oynayan gənc futbolçuları heyətə qaytaracayıq. Çempionluq uğrunda bu heyətlə mübarizə aparmaq fikrindəyik".