26 dekabr 2013 15:05
Vurğun Hüseynov cərrahi əməliyyata yollandı
“Sumqayıt”ın və Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynov Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, yaxın günlərdə futbolçunu menisk nahiyəsində cərrahi əməliyyat gözləyir.
Futbolçunun fevral ayında TPL-in fasilə müddəti başa çatdıqdan sonra meydanlara dönəcəyi ehtimal edilir.
