26 dekabr 2013 14:33

Şahin Diniyev: Reynaldonu milliləşdirməyə ehtiyac yoxdur

“Rəvan”ın baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində TPL mövsümünün ilk yarısı, qarşıdakı transferlər və “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldonun milliləşdirilməsinə münasibətini bildirib.
 
- Mövsümün ilk yarısından sonra “Rəvan”da hansı dəyişikliklər olacaq?
- Komandanı tərk edəcək oyunçuları siyahısı artıq məlumdur. Bir sıra dəqiqləşdirmələr aparılır. Adlar yanvarın ilk günlərində açıqlanacaq. Rəhbərliklə müzakirəyə ehtiyac var. Əgər bu oyunçuların yerinə güclüləri tapsaq, onlardan imtina etmək olar. Əks halda, düşünməliyik.
 
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- İstərdik ki, hamıya rəqabət olsun. Hücum xətti mütləq güclənməlidir. Bir hücumçu almağa çalışacağıq. Hazırda bir neçə yerli və xarici futbolçu ilə maraqlanırıq. Danışıqlara başlamadığımız kəslərin adını çəkmək, mən tərəfdən düzgün olmazdı. Buna görə də, onlar sirr olaraq qalacaq.
 
- “Rəvan”ın hazırkı məqsədləri nədir?
- Minimum məqsəd, komandanı premyer-liqada saxlamaq, maksimum isə yarış cədvəlində bacardıqca yüksəltməkdir. Etiraf edirik ki, bir aya böyük dəyişikliklər etmək olmaz. Mayda biz gələcək komandanın bünövrəsini qoymalıyıq. Yeni mövsümdə isə azarkeşlər iddialı “Rəvan”ı görəcəklər. Bütün bu işlər sistematik plan üzrə aparılmalıdır.
 
- Komandanızın oyunundan razısınız?
- “Simurq” və “Sumqayıt”a qarşı oyunlardan başqa, biz yaxşı oynadıq. Ancaq nəticə ilə razı deyiləm. Qo vəziyyətləri yaradır, ancaq istifadə edə bilmirdik. Əvəzində özümüz qollar buraxırdıq. Heyəti gücləndirəndən sonra, oyunda bəzi dəyişikliklər olacaq. Bir neçə ay sonra isə, biz daha güclü komanda yarada biləcəyik.
 
- Yığma mövzusuna toxunaq. Xüsusən bu yaxınlarda, tez-tez “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldonun milliləşdirilməsi haqda fikirlər səslənir. Buna necə münasibət bəsləyirsiniz?
- Bunu etmək lazım deyil. Reynaldo Azərbaycan yığmasında oynasa, biz AÇ-yə düşə bilərik? Əgər belədirsə, olar. Ən yaxşı halda biz bir-iki xal qazanacağıq. Əgər Reynaldo başqa kluba keçsə? Xarici futbolçular Azərbaycan yığması haqda ancaq burada oynayanda düşünür. Digər tərəfdən, o, Rauf Əliyev və Vaqif Cavadovdan güclüdür? Mən hesab edirəm ki, onlar arasında fərq yoxdur. Bu iki nəfər üzərində daha çox işləmək lazımdır. Bax onda, Reynaldo gərək olmayacaq.
 
- Əvvəllər millinin Avro-2016-nın final mərhələsinə vəsiqə qazanması haqda danışılırdısa, indi söhbət Avro-2020-dən gedir. Bunun reallığını düşünürsünüz?
- Bu barədə nəsə demək çətindir. Hazırda belə bir şeylə hesablaşmaq üçün, millinin müvafiq inkişafı gözə dəymir. AÇ-2020-yə düşmək üçün, yeniyetmə (U-19) və gənclər yığmamız artıq indidən böyük uğurlara imza atmalıdır. Axı məhz bu uşaqlar o zaman çıxış edəcək. Buna görə də mən, bu məqsədə nail olacağımıza inanmıram.
 
- Hətta bundan sonra final mərhələsində 24 komandanın iştirak edəcəyinə rəğmən?
- Düşünürsünüz ki, 24 komanda arasına düşmək elə asan olacaq? Bu halda biz ən azı, qrupda üçüncü yeri tutmalıyıq. Düşünməyin ki, bu, asandır. Bu dəyişikliyə görə də, qrupda mübarizə daha da kəskinləşəcək. Biz hamımız Azərbaycan yığmasını böyük yarışlarda görmək istəyirik. Ancaq realist olmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.