26 dekabr 2013 12:55
Qəbələ Rusiya klubuna qarşı
“Qəbələ” Türkiyə toplanışı çərçivəsində rəqib axtarışlarına davam edir. Azerisport.az xəbər verir ki, Yuri Syominin yetirmələrinin Türkiyə, Qazaxıstan və Rusiya klublarına qarşı yoxlama oyunları keçirmək ehtimalı var.
Rusiyanın “Volqa” komandası bu nöqteyi-nəzərdən real namizədlərdən biridir.
Qeyd edək ki, “radarlar”ın yeddi yoxlama görüşündəki rəqiblərindən yalnız biri məlumdur. Yuri Syominin yetirmələri 2014-cü il yanvarın 16-da Türkiyə Superliqası təmsilçisi “Konyaspor”a qarşı oynayacaqlar.
