25 dekabr 2013 12:55
Leonardo və Ebesilio Azərbaycanı Rusiyaya dəyişə bilər
Futbol agenti Dmitri Selyuk bildirib ki, “Qəbələ”nin iki oyunçusunu Rusiyaya apara bilər. Azerisport.az xəbər verir ki, Selyuk bunları söyləyib:
“Syominin “Qəbələ”də iki istedadlı futbolçusu oynayır. Onları mən gətirmişəm. 21 yaşılı braziliyalı Leonardo bu gün Azərbaycanda “qol + ötürmə” sistemi üzrə ən yaxşıdır. 22 yaşı hollandiyalı Ebesilio “Ayaks”ın heyətində ikiqat Hollandiya çempionudur. Avropanın ən istedadlı gənc oyunçularının iyirmiliyinə daxil idi. Mərkəzdə və cinahda fəaliyyət göstərə bilər. Necə deyərlər, baxmadan ötürmə verir. Syomin hesab edir ki, bu, gənc Loskovdur. Yuri Pavloviç isə sözləri boşuna demir. Bilmirəm, ikisi də qışda gedəcəkmi. Çünki bu halda “Qəbələ” “qızıl”sız da qala bilər. Ancaq yayda birmənalı şəkildə variantlar olacaq. Axı mən onları yarım ilə havayı da verə bilərəm. Sonra hesablaşarıq!”
(Sovetskiy sport)
