25 dekabr 2013 12:30
Neftçi Almaniya və Ukrayna klublarına qarşı oynaya bilər
“Neftçi”nin Türkiyə toplanışları çərçivəsində yoxlama oyunun keçirəcəyi rəqiblər məlum olacaq. Azersiport.az xəbər verir ki, bakılılar Almaniyanın “Karlsrue” və Ukraynanın “Çernomorets” komandaları ilə qarşılaşa bilər.
Tərəflər yoxlama oyununun əleyhinə deyil. Yalnız oyunların vaxtını razılaşdırmaq qalır. Toplanış təşkilatçıları “Neftçi”yə Polşanın “Şlensk” (Vrotslav) komandasının da təklif ediblər.
Xatırladaq ki, “Neftçi”nin yoxlama oyunu keçirəcəyi yalnız bir rəqib məlumdur. Bu, Albaniyanın “Pratizani” klubudur. Oyun 2014-cü il yanvarın 15-də keçiriləcək. Nazim Süleymanovun yetirmələri ümumilikdə dörd oyun keçirəcəklər.
