25 dekabr 2013 11:44
Səmədov: Bütün bunlar Bakıda təkrarlandıqdan sonra, Kapellonun deməyə çox söz oldu
Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı Bakıdakı oyundan sonra Fabio Kapellonun qəzəbini xatırlayıb. Azerisport.az xəbər verir ki, Səmədov bunları söyləyib:
“hər halda təfərrüat paltardəyişmə otağında qalmalıdır. Ancaq Azərbaycan yığmasına qarşı oyundan sonra Kapello həqiqətən də öz narazılığını dili ilə bildirdi. Bu qəzəb onda bir neçə oyun boyu yığılmışdı. O oyunlarda ki, biz lazımınca işləmirdik və oyunun sonlarında qollar buraxırdıq. Bu, iki dəfə ardıcıl baş vermişdi. Lüksemburq və İsrail yığmalarına qarşı oyunlarda. Bütün bunlar Bakıda təkrarlandıqdan sonra, Kapellonun deməyə çox söz oldu”.
