25 dekabr 2013 11:30

Tuayev: Süleymanova bu mafiyanın öhdəsindən necə gəlməyi məsləhət verə bilərəm

AFFA İcraiyyə komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində Azərbaycan futbolunda baş vermiş son hadisələrdən danışıb.
 
- Yəqin ki çempionat oyunlarını izləyirsiniz. Az qala hər turda qalmaqallar baş verir. Bu haqda sizin fikrinizi bilmək maraqlı olardı.
Bu ki yaxşıdır. Bizim maraqlı və hadisələrin tamamilə sürətlə inkişaf etdiyi çempionatımız var. Düşünürsünüz ki, bu, yalnız bizdə baş verir? Başqa ölkələrdə də vəziyyət belədir.
 
- Bəs oyunlardan sonra tez-tez dava-dalaş düşməsi, hakimlərin təhqir edilməsi?
Bunu meydandan kənarda olması, meydanda olmasından yaxşıdır. Bəzi futbol xadimlərinin mədəniyyəti hələlik axsayır. Kiminsə yüksək iddiaları var, kiminsə acığı. Bütün bunlar futbola marağı artırır.
 
- Təəssüf ki, bütün bunlar oyunların oyunlara azarkeş axınında əksini tapmır.
Bəli, təəssüf ki, oyunlara axın bizdə aşağıdır. Qonşu Rusiyada da bu göstəricidə hər şey elə də yaxşı deyil.  Premyer-liqanın lideri “Lokomotiv”in oyunlarında tribunalar demək olar ki, boşdur. Orada iki-üç komandanın oyununa gedirlər. Bizim klublar azarkeşlərlə işləməlidir. İngilis klublarında bu sahə üzrə mütəxəssislər var. Onlar yalnız bu istiqamətdə işləyir.
 
- Topaz Premyer Liqasında danışılmış hakimliyin mövcudluğu barədə bəzi klub rəhbərlərinin fikri ilə razısınız?
Hər nə istəsən, demək olar. Sübut edin ya da susun. Görəsən hakimlik harada elə yaxşıdır ki, müzakirə olunmasın? Siz İtaliyaya, Rusiyaya baxın. Orada da bizdə olan vəziyyətdir. Haradasa, kimdəsə rəğbət ola bilər, ancaq danışılma haqda söhbət belə gedə bilməz. Baxın, son vaxtlar nə qədər cavan hakimlərimiz ərsəyə gəlib. Hakimləri danışılmış oyunlarda günahlandırmaq futbolumuzda olan ən pis hal deyil. 90-cı illərdə regionlarda hakimləri oyunqabağı kötəkləyirdilər. Bundan sonra rəqib qapısına iki penalti təmin edilirdi. Əvvəllər qayda-qanun az idi. İndi hakimlər mühafizə ilə gəzir.
 
- Futbolumuzda arzuolunmaz elementlərin kökünü necə kəsmək olar?
Azərbaycan futbolunda qorxulu heç nə yoxdur. İngiltərə və İtaliyada ümumiyyətlə bıçaqlaşma ilə məşğuldurlar. Məni Nazim Süleymanov narahat edir. Ona “Neftçi”də Braziliya mafiya ilə çətindir.
 
- “Neftçilər”in braziliyalı oyunçularının mafiya yaratdığını nədən götürdünüz?
Klubda iki braziliyalı dərhal qruplaşma yaradır. “Neftçi”də isə dörd braziliyalı var. Belə qrupları dağıtmaq lazımdır. Onlar komandaya yaxşı heç nə gətirmir. Valeri Qazzayev Moskva ÇSKA-da məşqçi olan vaxtlarda arzuolunmaz elementləri komandadan necə kənarlaşdırdığını mənə danışmışdı. Nazim Süleymanova bu mafiyanın öhdəsindən necə gəlməyi məsləhət verə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.