25 dekabr 2013 20:44

Bayram Nuruzadə: Sumqayıtın əsas komandasında möhkəmlənmək istəyirəm (FOTO)

"Sumqayıt" Futbol Klubu gənclərə önəm verməkdə davam edir. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 18-ci turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşmada 1996-cı il təvəllüdlü futbolçu Bayram Nuruzadə əsas komandanın heyətində debüt oyununa çıxıb.
 
17 yaşlı adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verərək futbola gəlişindən danışıb və bəzi maraqlı məqamlara toxunub: "Futbola 9 yaşında başlamışam. Valideynlərim məni Sumqayıtda futbol məktəblərinin birinə yazdırmışdı. İlk məşqçim Ağamusa Bağırov olub. "Sumqayıt" futbol klubu yarandıqdan sonra isə bu komanda ilə müqavilə imzalamışam. Əvvəlcə U-15 komandasında çıxış etmişəm burada kapitan olmuşam. Ardınca isə U-17-yə dəvət almışam. Cari mövsümün əvvəlində isə Vaqif Paşayevin rəhbərlik etdiyi əvəzedici komandaya cəlb olunmuşam. Bu mövsüm əvəzedici komandada demək olar ki, bütün oyunlarda çıxış etmişəm".
 
"Xəzər Lənkəran"la keçirilmiş qarşılaşmada ilk dəfə əsas komandanın formasını geyinmiş Bayram Nuruzadə gələcəkdə "Sumqayıt" FK-da böyük uğurlara imza atmaq istədiyini də bildirib: "Tez-tez əsas komandanın baş məşqçisi Aqil Məmmədov məni və əvəzedici komandada çıxış edən bir neçə futbolçunu məşqlərə dəvət edirdi. Açığı, Lənkərana yollanacağımı bilmirdim. Qarşılaşmadan bir gün əvvəl Aqil müəllim mənim əsas komanda ilə səfərə yollanacağımı dedi. Sözün düzü, bu görüşdə oynayacağımı gözləmirdim. Lakin baş məşqçi ikinci hissədə məni meydana buraxdı. Ümid edirəm ki, meydanda olduğum müddətdə komandama kömək edə bildim. "Xəzər Lənkəran"la qarşılaşmada "Sumqayıt" yaxşı oyun nümayiş etdirdi. Deyərdim ki, bu görüşdə bəxtimiz də gətirmədi. Əsas hədəfim "Sumqayıt" Futbol Klubunun əsas komandasında möhkəmlənmək və uğur qazanmaqdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.