25 dekabr 2013 19:55
Azərbaycan yığması yanvarda toplanacaq
Futzal üzrə Azərbaycan yığması yanvarın 28-də start götürəcək Belçikada keçiriləcək AÇ-2014-ə hazırlığı yeni ilin ilk günlərindən başlayacaq. Azerisport.az xəbər verir ki, Joze Alesionun yetirmələri yanvarın 3-də toplaşacaq və yanvarın 15-ə qədərə Bakıda hazırlıq prosesi keçəcəklər.
Daha sonra yığma Serbiyaya yollanacaq və on günlük toplanış keçəcək.
