25 dekabr 2013 16:22
İnter 3 futbolçu ilə güclənəcək
"İnter" klubu üç futbolçu ilə güclənəcək. Bu barədə azerisport.az saytına klubun prezidenti Georgi Nikolov söyləyib:
"Yanvarda heyəti gücləndirmək barədə düşünürük. Komandanın müdafiəçi və yarımmüdafiəçiyə ehtiyacı var. Təbii ki, daha bir forvard lazımdır. Hələlik danışıq apardığımız futbolçu yoxdur. Çünki, axtarışdayıq. Ümid edirəm ki, bayrama qədər məşqçilər korpusu mənə adları təqdim edəcək. Bundan sonra onların transferi ilə bağlı danışıqlara başlamaq olar".
