25 dekabr 2013 15:55
Şahin Diniyev: İndi Abışova yeni baş məşqçi qarşısına özünü doğrultmaq lazım gələcək
“Rəvan”ın baş məşqçisi azerisport.az saytına açıqlamasında Qurban Berdıyevin komandadan gedişinin yığmanın yarımmüdafiəçisi Ruslan Abışova təsiri haqda danışıb:
“Abışovu “Rubin”ə klub rəhbərliyi yox, Berdıyev gətirib. Düzü, o, Berdıyevə xoş gəlib. Buna görə də Abışova yeni baş məşqçi qarşısına özünü doğrultmaq lazım gələcək. Bu planda, Abışov daha çox işləməli və çalışmalıdır. Yeni baş məşqçi onu Berdıyevin tanıdığı kimi tanımayacaq. Düşünürəm ki, onun “Rubin”dən gedişi futbolçumuza təsirsiz ötüşməyəcək”.
