25 dekabr 2013 15:00
Neftçi Türkiyə Superliqasının təmsilçisi ilə danışıqlar aparır
“Neftçi” Türkiyə toplanışları çərçivəsində yoxlama oyunun keçirəcəyi rəqibləri dəqiqləşdirmək məqsədi ilə danışıqları davam etdirir. Azersiport.az xəbər verir ki, bakılıların rəqiblərindən biri Türkiyə Superliqasının təmsilçisi “Kardemir Karabükspor” ola bilər.
Xatırladaq ki, “Neftçi”nin yoxlama oyunu keçirəcəyi yalnız bir rəqib məlumdur. Bu, Albaniyanın “Pratizani” klubudur. Oyun 2014-cü il yanvarın 15-də keçiriləcək. Nazim Süleymanovun yetirmələri ümumilikdə dörd oyun keçirəcəklər.
