25 dekabr 2013 14:30

Adrian Skarlatake: Bu, bizim üçün heç də uğurlu yarım il deyildi

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake futbol üzrə Topaz Premyer Liqası mövsümünün geridə qalmış yarısı və yeni baş məşqçi Mustafa Dənizli ilə iş haqda azerisport.az saytının suallarını cavablayıb:
 
- Ötən altı ayda “Xəzər Lənkəran”da çox şeylər baş verdi. Bu dövrü necə qiymətləndirərdiniz?
- Etiraf edim ki, bu, bizim üçün heç də uğurlu yarım il deyildi. Avrokuboklarda uğursuzluqdan sonra, çempionatda da yerimizdə saydıq. Ancaq yeni baş məşqçinin gəlişi ilə, biz yenidən sürət yığmağa başladıq. Dənizli ilə biz dörd oyun keçirmişik. Məğlub olmamışıq. Üç qələbə, bir heç-heçə.
 
- Növbəti ildən nə gözləyirsiniz?
- Mən əminəm ki, qışda yaxşıca hazırlaşacağıq və çempionat yenilənəndə öz oyunumuzu yaxşılaşdıracağıq. Düşünürəm ki, fasilədə məşqçi komandanı gücləndirəcək və biz “Xəzər Lənkəran”ın əslində necə oynadığını görə biləcəyik.
 
- Son turda komanda yenə qələbə qazandı. Bu dəfə “Sumqayıt” üzərində (4:3).
- Hər şey bizim üçün yaxşı alındı. Ancaq bu görüş digərlərindən azca da olsa, fərqlənirdi. Necə olmasa da, bu, ilin son görüşü idi. İstər-istəməz bu oyuna köklənmək çətin olur. Qarşıdakı istirahət haqda düşünürsən. Düşünürsən ki, tezliklə evdə, ailənlə olacaqsan. Ancaq biz inamlı qələbə qazandıq.
 
- Ancaq oyundan sonra Dənizli iki qol buraxmış komandanın fəaliyyətindən elə də razı deyildi.
- Aydın məslədir, biz üç qol buraxdıq. O, bizim kimi gözləyirdi ki, 4:1 irəlidə olarkən, səhv buraxmayacağıq. Ancaq məhz bu, baş verdi. Digər tərəfdən, öz məqsədimizə çatdıq. Hətta vaxtından əvvəl arxayınlaşsaq da.
 
- Sizə gəlincə: başqa klublardan təklif var?
- Hələlik mənim “Xəzər Lənkəran”la yarımillik müqaviləm var. Mayda azad agent olacağam. Əlbəttə, əgər klub əməkdaşlığı davam etdirmək istəməsə. Ancaq bu halda bütün mümkün variantları nəzərdən keçirəcəyəm. İndi bütün fikrim “Xəzər Lənkəran”dadır.
 
- Qarşıdakı toplanışa hansı planlarınız var?
- Ailəmlə birgə Rumıniyada olacağam. Bayram günlərini birgə keçirəcəyik. Sonra isə Türkiyədə toplanışa hazırlaşan komandaya qoşulacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.