25 dekabr 2013 13:55
Vəli Qasımovla Tərlan Əhmədov Naxçıvanda
Bu gün Naxçıvanda futbol veteranları arasında Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir keçiriləcək. Azərbaycan Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayevin azerisport.az saytına verdiyi məlumata görə yarışda Neftçi, Kəpəz, Sumqayıt, Qarabağ və yerli Araz klubunun veteranları iştirak edəcək.
Onun sözlərinə əsasən yarış 5 mərhələdən ibarət olub və regionları əhatə edib. Naxçıvandakı final mərhələsinə ən çox xal toplayan komandalar dəvət alıb. Qeyd edək ki, Neftçinin heyətində Vəli Qasımov,Tərlan Əhmədov və digərləri yer alacaq.
