25 dekabr 2013 13:33
Qarabağ rəqib axtarışında
“Qarabağ” Türkiyə toplanışı çərçivəsində yoxlama oyunları keçirmək məqsədi ilə bir sıra klublarla danışıqlar aparır. Azerisport.az xəbər verir ki, Ukrayna, Makedoniya, Albaniya və Türkiyə klubları ilə danışıqlar gedir.
Xatırladaq ki, hazırda yoxlama rəqibi qismində “Qarabağ”ın bir rəqibi məlumdur. 2014-cü ilin yanvarın 19-da “Qarabağ” Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə qarşılaşacaq.
