24 dekabr 2013 12:31
Birinci Divizion, AFFA İntizam Komitəsinin qərarları
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan I divizionunun XV turunun “Göyəzən” – “Neftçala” matçının 65-ci dəqiqəsində “Neftçala” klubunun 12 №-li futbolçusu Novruz Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Azərbaycan I divizionun XV turunun “Karvan” – “Ağsu” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionun XV turunun “Araz Naxçıvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
(PFL)
