24 dekabr 2013 12:28
Bakının baş məşqçisi 5 matç cəzaya layiq görüldü
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Əvəzedici heyətlərin XVIII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlərin XVIII turunun “Qəbələ” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlərinin XVIII turunun “Rəvan” – “Simurq” matçının 78-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Kamil Nurəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
(PFL)
