24 dekabr 2013 00:11
Anar Məmmədov: Bakıdan ulduz transferləri gözləməyin
“Bakı”nın fəxri prezidenti Anar Məmmədov azerisport.az saytına açıqlamasında komandanın milli çempionatdakı çıxışı haqda fikrini bildirib:
“Komandanın çempionatda çıxışı elə də yaxşı olmasa da, məqsədimiz dəyişmir. Hazırda gələcəyin komandasını qururuq. Bu heyətlə yüksək məqsədlər uğrunda mübarizə apara bilərik, ancaq çalışmalıyıq. Yanvarda heyəti gücləndirmək lazımdı. Ancaq ulduz transferlər gözləməyin”.
