24 dekabr 2013 12:22

İntizam Komitəsi Neftçini sərt cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
 
Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” - “Bakı” matçında “Qəbələ”  klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Matçın 90+2-ci dəqiqəsində “Bakı” klubunun 43 №-li futbolçusu Şəhriyar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XVIII turunun “Rəvan” – “Simurq” oyunun 59-cu dəqiqəsində “Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Balokoq kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XVIII turunun AZAL – “Neftçi” matçında AZAL  klubunun 7  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Matçın 80-ci dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
 
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
 
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.
 
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.
 
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.