24 dekabr 2013 00:05
Yunisoğlu ehtiyatda qaldı, komandası uduzdu
Bu gün futbol üzrə Türkiyə birinci divizionunun 18-ci turu başa çatıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” “Adana Demirsporla” qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.
Yunisoğlu ehtiyatda qalıb. Hazırda “Tekden Denizlispor” 18 xalla 14-cü pillədə qərarlaşıb.
