24 dekabr 2013 12:00
Şahin Diniyev: Berdıyevin istefası Ruslanın karyerasına təsir edəcək
"Rəvan" klubunun baş məşqçisi Şahin Diniyev azerisport.az saytına açıqlamasında Kurban Berdıyevin "Rubin"dən getməsinin, millimizin futbolçusu Ruslan Abışovun karyerasına təsir edə biləcəyini söyləyib: "Ruslan Abışovu Kazana klub rəhbərliyi deyil, keçmiş baş məşqçi Kurban Berdıyev aparıb. Daha doğrusu onu Berdıyev bəyənmişdi. Ona görə yeni baş məşqçi qarşısında yenidən özünü göstərmək lazım olacaq. Futbolda hər zaman belə olur. Bu mənada, Abışov çox çalışmalı olacaq. Yeni məşqçi onu Berdıyev qədər tanımayacaq. Fikrimcə baş məşqçi istefası futbolçumuzun karyerasına təsirsiz ötüşməyəcək".
