24 dekabr 2013 11:55
Berti Foqts: Pullar heç vaxt mənim üçün ön planda olmayıb
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Münhenqladbah “Borussiya”sının hazırkı çıxışını şərh edərkən, özünün oyunçu illərini xatırlayıb və pulun heç zaman onun üçün ön planda olmadığını vurğulayıb. Azerisport.az Foqtsun fikirlərini diqqətinizə çatdırır:
“Pullar heç vaxt mənim üçün ön planda olmayıb. Həmişə dörd ya beş illik müqavilələr bağlamışam. Başqa oyunçunun məndən çox qazanmasının fərqində olmamışam”, deyə Foqts sözə başlayıb.
“Hazırda “Borussiya” düzgün istiqamətdə irəliləyir. Onların səyahəti hələ ki davam edir. Bu klubun xaricdə böyük şöhrəti var. Kluba yaxşı sərmayə yatırılıb. Komanda əla transferlər həyata keçirib. Hazırkı bütün fəaliyyət “Borussiya”nın köhnə fəlsəfəsinə uyğun gəlir”, deyə Foqts keçmiş komandası haqda fikir bildirib.
