24 dekabr 2013 11:33
Anar Məmmədov: Atletiko və Lansla əməkdaşlıq uzunmüddətli olacaq
"Bakı" klubunun fəxri prezidenti, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov azerisport.az saytına müsahibəsində ilin yekunlarından, gələcək planlardan, "Bakı" klubunun hazırkı çempionatda vəziyyətindən, eləcə də "Atletiko" və "Lans"la əməkdaşlıqdan danışıb.
- 2013-cü ili idmanımız üçün necə qiymətləndirirsiniz?
- Azərbaycan idmanı hər il inkişaf edir. 2013-cü il də bizim üçün uğurlu oldu. Bir sıra idman növlərində dünya çempionatında qızıl medal qazandıq. Eləcə də İslam Oyunlarında uğurla çıxış etdik. Qolf üçün yeni bazanın açılışı oldu. Gələcəkdə əsas planlarımızdan biri qolfu inkişaf etdirməkdir. Ona görə yeni istedadları üzə çıxarmaq idmanın bu növünü inkişaf etdirmək istəyirik.
- Konkret olaraq hansı hədəfləriniz var?
- Regionlarda qolf üçün meydançaların inşası davam edəcək. Beynəlxalq turnirlər üçün ayrıca bir qolf meydançasının tikilməsi də gözlənilir. 2014-cü ildə ilk Azərbaycan çempionatını keçirmək istəyirik. Bu çempionatda özünü yaxşı tərəfdən göstərən idmançılara dəstək olacağıq.
- Bəzi idman növlərində təcrübə mübadiləsi üçün əcnəbi idmançılar dəvət olunur...
- Gələcəkdə qolf haqda daha ətraflı və peşəkar məlumatın verilməsi üçün əcnəbi mütəxəssislərlə iş birliyi qurmaq mümkündür. Sadəcə, bizdə bu idman yenidir. Az bir zaman ərzində hər şeyi yaratmaq bir qədər çətindir. Biz ilk olaraq əhaliyə qolfu sevdirməliyik. Sonra qolfla məşğul olanların sayı artmalıdır. Bunun üçün də infrastruktur yaradılır.
- Siz eyni zamanda "Bakı" klubunun fəxri prezidentisiniz. Komandanın cari çempionatdakı çıxışını necə qiymətləndirirsiniz?
- Hazırda komanda turnir cədvəlinin ortalarında qərarlaşıb. Biz gələcəyin komandasını qururuq. Yəni ani uğurlar deyil, stabil qələbə qazanacaq komanda yaratmaq istəyirik. Qış transfer pəncərəsində heyətdə güclənmə ola bilər. Fasilədən sonra komandanın daha yaxşı çıxış edəcəyinə inanırıq. Bir qədər zaman lazımdır.
- Komanda liderlərdən bir qədər uzaqdır. Hədəfləriniz dəyişməyib?
- "Bakı" yarandığı gündən yüksək yerlər uğrunda yarışır. Bu ildə şanslarımız var. Çempionatla yanaşı ölkə kubokunu da unutmaq olmaz. Sona qədər mübarizə aparacağıq.
- Yaxın keçmişdə heyətdə ulduz oyunçular var idi. Transfer zamanı ulduz futbolçuların dəvət olunması planda var?
- Ulduz futbolçunun dəvət olunması gözlənilmir. Bizə komandaya qələbə qazandıracaq futbolçular lazımdır. Digər tərəfdən gənclərə şərait yaratmaq istəyirik. Bu gün aşağı yaş qruplarında bizim perspektivli yetirmələrimiz var. Onların əsas komandada oynaması üçün çalışmalıyıq.
- "Atletiko" və "Lans"la əməkdaşlıq nə qədər müddətə nəzərdə tutulub?
- Hər iki komandayla əməkdaşlığımız Azərbaycan futbolunun inkişafı naminədir. Hazırda hər iki komandanın futbolçularının formalarında "Bakı 2015" yazılır. Avropa oyunlarının təbliğatı, onun yüksək səviyyədə keçirilməsini üçün hər birimiz çalışmalıyıq. Bu əməkdaşlığı yüksək qiymətləndirirəm. Həm "Atletiko", həm "Lans"la əməkdaşlıq uzun müddətə nəzərdə tutulub.