24 dekabr 2013 11:11
Pantiçin qara siyahısı
“Bakı” komandanı tərk edəcək futbolçuların adını yanvar ayında açıqlayacaq. Azerisport.az xəbər verir ki, bakılıların baş məşqçisi Milinko Pantiç artıq bu məqsədlə siyahı tutub.
Siyahının açıqlanması mütəxəssisin yanvarın 5-də Bakıya dönüşündən sonra ehtimal edilir. “Qara siyahı”da əsasən legionerlərin adının hallandığı ehtimalı var. Güman ki, bu futbolçular yeni transferlərlə əvəz ediləcək.
