24 dekabr 2013 10:44
Mindausqas Kalonas: Bu qədər qol buraxmağa haqqımız yoxdur
"Bakı" klubunun futbolçusu Mindausqas Kalonas azerisport.az saytına açıqlamasında milli çempionatın ilk yarısındakı nəticələri qiymətləndirib. Onun sözlərinə görə komandanın müdafiədə ciddi problemləri var: "Əgər biz çempionluğa oynayırıqsa müdafiədə bu qədər səhv buraxmağa haqqımız yoxdur. Hər oyunda öz səhvlərimizdən qol buraxırıq. Fasilədə bunun üzərində işləmək lazım olacaq. Adi epizodda qol buraxmaq pis haldır. Cari mövsüm xal itkilərimizin səbəblərindən biri, bu qədər qol buraxmaqdır".
