24 dekabr 2013 19:19
Mario Bojiç Azərbaycana qayıdır
Yunanıstanın “Panaxaiki” klubunun bosniyalı yarımmüdafiəçisi Mario Bojiç yenidən milli çempionatımıza qayıdır. Azerisport.az yunan KİV-nə istinadən xəbər verir ki, ötən mövzum “Simurq”da çıxış etmiş futbolçunun qayıdışı gözlənilir.
Xatırladaq ki, Bojiç son yarım ili “Panaxaiki”də top qovub və Yunanıstan birinci divizionunda cəmi 6 oyunda oynayıb. Bojiçin məhz hansı kluba keçəcəyi barədə məlumat yoxdur. Ancaq futbolçunun hazırkı komandasının məşqçisi Nikos Papadopulosun sözlərinə görə, 30 yaşlı bosniyalının keçidi bu qış ehtimal edilir.
