24 dekabr 2013 18:44
Qəbələ Ruslan Tağızadə ilə müqavilə imzaladı (FOTO)
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, daha öncə "Neftçi", "Abşeron", "Sumqayıt" və AZAL kimi klublarda top qovan Ruslan Tağızadə ilə 2 illik müqavilə imzalanıb.
20 yaşlı yarımmüdafiəçi yeni klubu haqda ilkin təəssüratlarını bölüşüb: "Qəbələ"nin hədəflərindən xəbərdaram. Qarşısına böyük məqsədlər qoymuş komandanın heyətində çıxış etmək hər bir gənc futbolçunun arzusudur. "Qəbələ"yə keçidimə görə çox sevincliyəm. İnanıram ki, yeni komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".
(Klub saytı)
