24 dekabr 2013 17:33
Kazbek Tuayev: Berdıyev işlənmiş materialdır və klublarımıza gərək deyil
Azərbaycan futbolunun veteranı Kazbek Tuayev azersport.az saytına açıqlamasında “Rubin”in sabiq baş məşqçisi Qurban Berdıyevin ölkəmizdə işləməsi ilə bağlı fikrə münasibətini bildirib:
“Heç bir klubumuza onu məsləhət bilməzdim. Hara götürək onu? Məsələn, “Neftçi”yə. Biz oynayanda, Berdıyev yaxın da dayanmırdı. O, işlənmiş materialdır. Ən yaxşısı öz məşqçilərimizə şans verməkdir. Məsələn, Vidadi Rzayevə. Berdıyev isə qoy özünə Rusiyada iş tapsın”.
