24 dekabr 2013 17:00

Neftçi TPL mövsümünün ilk yarısı üçün statistikada liderdir

Azerisport.az TPL mövsümünün ilk yarısı üçün bəzi statistiki göstəriciləri diqqətinizə çatdırır:
 
“İnter”in hücumçusu Vaqif Cavadov ən yaxşı bombardirdir: 9 qol. Hücumçu həmçinin, qol + ötürmə sistemi üzrə liderdir: 13 xal (9qol + 4 ötürmə).
 
İkinci pillədə 12 xalla (6+6) Leonardo (“Qəbələ”) qərarlaşıb.
 
Ən çox ötürmə Flavinyoya (“Neftçi”) məxsusdur: 8 ötürmə.
 
Qapıya zərbələr üzrə Viktor İbekoi (AZAL) - 48 zərbə ilə liderlik edir. Franko Junior (“Xəzər Lənkəran”), Mindauqas Kalonas (“Bakı”) və Lorenzo Ebesilio (“Qəbələ”) - 45 zərbə ilə növbəti yerləri bölüşür. Rauf Əliyev (“Bakı”) qapıya zərbələrdə 53% dəqiqlik nümayiş etdirir.
 
Ötürmələrdə Rəşad Sadıqov (“Neftçi”) liderdir - 1367 ötürmə. Mahir Şükürov (“Neftçi”) ikincidir - 1133 ötürmə. Qara Qarayev və Bədəvi Hüseynov (hər ikisi “Qarabağ”) 91% ötürmə dəqiqliyi göstərib.  Ebesilio 62 təhlükəli ötürmə verib. Mahir Şükürov isə cərimə meydanına 134 ötürmə edib.
 
Təkbətək mübarizələrdə “Bakı”nın futbolçusu Lukaş Horvat (372) fərqlənib. Brüs Abdulaye isə (“İnter”) 70% göstərici ilə bu kateqoriyada liderdir.
 
Qapıda “Xəzər Lənkəran”ın qapıçısı Alvaro Silva fəal olub (124). Alvares Abrante (“Bakı”) 72% faydalı iş əmsalı ilə liderdir.
“Qarabağ”dan Reynaldo “birinci mərtəbə”də fəal olub (390). Ən yüksək əmsal isə, Yuve Travnerə (“Bakı”) məxsusdur - 63%.
 
Müdafiədə təkbətək mübarizələrdə Brüs Abdulaye (172), Rauf Əliyev (157) liderdir. Top itkilərində isə Vaqif Cavadov (269) fərqlənib. Top sahibolmada isə “Xəzər Lənkəran”dan Manuel Skarlatake (170) öndədir.
 
Ən yaxşı dövrələmə “Xəzər Lənkəran”dan Sadio Tounkaraya məxsusdur (126). Topalmada “Neftçi”dən Erik Ramos fərqlənib (129). AZAL-dan Junior isə top ələkeçirmədə liderdir (116). Topgötürmədə də Skarlatake öndədir (167).
 
İbekoi ən çox qayda pozuntusuna yol verib (50). Flavinyoya qarşı ən çox qayda pozulub (58). Üç dəfə bu hal, rəqib qapısına penalti ilə nəticələnib. Aleksandr Şemonyaev (AZAL) ən çox xəbərdarlıq alıb (8). Ruslan Qurbanov (“Sumqayıt”) və Elvin Yuniszadə (“Neftçi”) iki dəfə qırmızı vərəqə alıb.
 
InStat-a görə rəmzi yığmaya növbəti oyunçular daxil olub:
 
Qapıçı: İbrahim Şehiç (“Qarabağ”) - 150;
 
Müdafiəçilər: Brunu Bertuççi - 159, Mahir Şükürov - 150, Denis Silva - 153 (hamısı “Neftçi”), Rəşad Sadıqov (“Qarabağ”) - 153;
 
Yarımmüdafiçilər: Erik Ramos - 158, Rəşad Sadiqov - 157, Flavinyo - 168, Araz Abdullayev - 149 (hamısı “Neftçi”);
 
Hücumçular: Çumbinyo - “Qarabağ”) - 161, Daniel Subotiç (“Qəbələ”) - 144.
 
Ehtiyat heyət aşağıdakı kimidir:
 
Qriqori Lomaya (“İnter”), Ansi Aqolli, Maksim Medvedev  (hər ikisi “Qarabağ”), Karlos Kardoso, İqor Mitreski (hər ikisi “Neftçi”), Riçard Almeyda, Qara Qarayev, Reynaldo (hamısı “Qarabağ”), Aleksandr İaşvili (“İnter”), Cavid İmamverdiyev, Ernst Nfor (hər ikisi “Neftçi”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.