24 dekabr 2013 16:16
Rəvan: əvvəlcə Mərdəkan, sonra Türkiyə
“Rəvan” qış fasiləsinə planlarını demək olar ki, müəyyən edib. Azerisport.az xəbər verir ki, Şahin Diniyevin yetirmələri 2014-cü il yanvarın 5-də Mərdəkanda toplaşacaq və hazırlığın ilk mərhələsini burada keçirəcəklər.
Bu hazırlıq mərhələsi yanvarın 12-də başa çatacaq. Yanvarın 14-də “Rəvan” Türkiyə yollanmağı nəzərdə tutub. Komanda burada iki həftə keçirəcək. Bu vaxt ərzində komanda dörd yoldaşlıq oyununda iştirak edəcək.
