24 dekabr 2013 14:44

Topaz Premyer Liqası, 18-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu məlum oldu

Topaz Premyer Liqasında 18-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur. Azerisport.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən son turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı: İbrahim Sehiç (Qarabağ);
 
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ);
 
Yarımmüdafiəçilər: Arif Daşdəmirov (İnter), Riçard Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Marinaldo Silva (Qarabağ);
 
Hücumçular: Etame Mbilla (Xəzər Lənkəran), Vaqif Cavadov (İnter).
 
Ağdamın “Qarabağ” klubu ötən tur topa ən çox sahib olan komandadır – 36 dəqiqə. Hücum sayında (114) “Bakı”, qapıya zərbələrdə (23) isə “Xəzər Lənkəran” üstün olub. “Simurq” ötürmələrin sayına (670) və dəqiqliyinə (594) görə digərlərindən fərqlənib. Zaqatala təmsilçisinin futbolçuları ötən tur 12 dəfə oyundankənar vəziyyətə düşüb. Künc zərbələrinin sayına görə isə “Bakı” öndədir – 11 dəfə. Təkbətək mübarizələrdə “Neftçi” digər komandalardan uğurlu olub. AZAL futbolçuları isə ötən tur ərzində hamıdan çox qayda pozuntusuna yol veriblər – 33 dəfə.
 
Rəqib qapısına zərbələrdə (4) Vaqif Cavadov (İnter), komanda yoldaşlarına ötürmələrdə (96%) isə Patrik Osiako (Simurq) fərqləniblər. “Sumqayıt”lı Pərdis Fərcad-Azad hava mübarizələrində hamıdan uğurlu olub. Araz Abdullayev (Neftçi) rəqibini aldadıb keçməkdə, Arif Daşdəmirov (İnter) isə rəqibdən top almaqda üstün olub.
 
Topaz Premyer Liqasında 18-ci turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın qapıçısı İbrahim Sehiçdir.
 
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.