24 dekabr 2013 01:13
Özkara oynadı, Sivasspor uduzdu
"Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Akhisar BS" ilə qarşılaşıb. Sivas təmsilçisi bu görüşdən məğlub ayrılıb.
Futbolçumuzun komandası səfərdə "Akhisar BS" ilə qarşılaşıb. Sivas təmsilçisi bu görüşdən məğlub ayrılıb.
Baş məşqçi Roberto Karlos Cihana da bu oyunda şans verib. Futbolçumuz matçın 84-cü dəqiqəsində meydana buraxılsa da, komandasına kömək edə bilməyib.
Qeyd edək ki, 16 turda 26 xalıı olan "Sivasspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
