23 dekabr 2013 12:55

Yuri Syomin: Qəbələdə yerli futbolçuların sayını artırmaq lazımdı

Topaz Premyer Liqasında 18-ci turun oyunlarından sonra qış fasiləsi yarandı. Azerisport.az xəbər verir ki, çempionatın 3-cü dövrəsinə 2014-cü ilin fevralın 1-də start veriləcək ki, “Qəbələ” həmin gün “Sumqayıt”ın qonağı olacaq.
 
Fasiləyə yollanmadan öncə "Qəbələ"nin baş məşqçisi Yuri Syomin klub saytı üçün mövsümün ilk yarısını dəyərləndirib. O, qış fasiləsinə yaxşı nəticə ilə yollandıqlarını bildirib: 
 
“Çempionatının ilk yarısını yüksək əhval-ruhiyyədə başa vurduq. Futbolçuların tam gücü ilə oynamaları məni sevindirir. Komandamın işə münasibətindən çox razı qaldım. Texniki personaldan rəhbərliyə kimi hamı öz işini dəqiq yerinə yetirirdi. Turnir cədvəlində yuxarı pillədə olmağımız bunun nəticəsidir. Bu, bizə çempionluq uğrunda mübarizə aparmağa imkan verir. İkinci dövrədən fərqli ilk dövrədə daha çox xal toplamağımız yaxşı cəhətdir. Bu, komandanın yüksəlişdə olduğunu göstərir. Hesab edirəm ki, qış fasiləsinə 2-ci pillədə yollanmağımız klub kollektivinin uğurudur”.
 
Rusyalı çalışdırıcı mövsümün ikinci yarısında bundan da çox xal toplayıb, marafonu 1-ci yerdə başa vurmaq istəyir:
 
 “Biz bunun üçün rəqibləri fərqləndirməyib, hamısına qalib gəlməliyik. Onu nəzərə alaq ki, “Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq da, bu, bərabər mübarizə şəraitində oldu. Üstəlik, məğlubiyyətlərimiz minimal fərqlə olub. Yəni qorxulu heç nə yoxdur və yolumuza davam etməliyik”.
 
Syomin qış fasiləsində müəyyən mövqelərin gücləndirilməyi vacib sayır:
 
 “Əlbəttə, komandamızda yerli futbolçularının sayını artımaq lazımdı. Özü də onlar rəqabət apara biləcək futbolçular olmalıdır. “Qəbələ” fasilədə heyətini lazımınca komplektləşdirə bilsə, daha güclü komanda olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.