23 dekabr 2013 12:41
"İnter" turnirə qələbəylə başladı
“İnter”in Uşaq Gənclər Futbol Məktəbinin 2000-ci il təvəllüdlərdən ibarət komandası “Dinamo- Batumi” klubunun 90 illiyinə həsr olunmuş futbol turnirində iştirak etmək üçün qonşu Gürcüstanda səfərdədi. Azerisport.az xəbər verir ki, 21-25 dekabr 2013-cü il tarixlərdə keçiriləcək turnirdə 8 komanda mübarizə aparır.
"İnter" turnirdə keçirdiyi ilk qarşılaşmada meydandan qalib ayrılıb. Komanda “Dinamo-Batumi” klubunun qapısından 7 cavabsız top keçirib. Dünən komanda Gürcüstanın digər təmsilçisi “Kobuleti” komandasıyla qarşılaşıb. Bu görüş qolsuz bərabərliklə başa çatıb. Bu gün “İnter” daha bir qarşılaşma keçirəcək. Rəqib “Gürcüstan” komandası olacaq - “Bakuriani”.
Qeyd edək ki, turnirdə Azərbaycanın digər klubu “Əlincə” də iştirak edir.
