23 dekabr 2013 11:23
"Bakı" Çin klubu ilə qarşılaşa bilər
"Bakı" klubunun qış hazırlıq planı dəqiqləşib. Azerisport.az xəbər verir ki, komanda yanvarın 11-də İspaniyaya yola düşəcək.
Paytaxt klubu 2 həftə təlim-məşq toplanışında 4 yoxlama görüşü keçirəcək. Bu müddətdə yeni futbolçulara baxış olacaq. Artıq rəqiblərdən biri məlumdu. Hazırda Çin çempionatında çıxış edən "Şandun Lunen" komandasıyla danışıqlar gedir. Rəqiblərdən birinin məhz Çin təmsilçisi olacağı gözlənilir.
