23 dekabr 2013 19:55
İsrafilov oynadı, komandası bir xal qazandı
İspaniyada Sequndanın 19-cu turu geridə qalıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası “Real Mursiya” səfərdə “Saraqosa” ilə qolsuz heç-heçə edib.
İsrafilov 90 dəqiqə meydanda mübarizə aparıb. Haızrda “Real Mursiya” 27 xalla 8-ci pillədə qərarlaşıb.
