23 dekabr 2013 10:50
Böyükağa Hacıyev AFFA-dan inciyib
"Neftçi"nin prezidenti Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyev AFFA-nın təşkil etdiyi ilin milli komandaların ən yaxşı futbolçularının mükafatlandırma mərasiminə dəvət almayıb. Bu barədə məşqçi azerisport.az saytına müsahibəsində deyib:
"Son mövsüm "Neftçi" ilə birlikdə Azərbaycan çempionu oldum və ölkə kubokunu qazandım. Bununla belə AFFA məni ilin yekunlarıyla bağlı tədbirə dəvət etməyi lazım bilmədi. Əgər dəvət olunsaydım mütləq iştirak edərdim".
