23 dekabr 2013 20:20
Orxan Sadıqlı ilə müqavilə uzadıldı
"Xəzər Lənkəran" Futbol Klubu və gənc qapıçısı Orxan Sadıqlı arasında yeni müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, klubun yetirməsi ilə başa çatmaqda olan müqavilənin daha üç il müddətinə artırılması barədə razılıq əldə olunub.
Bununla yanaşı digər qapıçı, Braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.
"Xəzər Lənkəran" Duqlasa minnətdarlığını da ifadə edib: Klub Duqlasa burada olduğu müddətdə komandaya etdiyi köməyə görə təşəkkürünü bildirir və ona gələcək karyerasında uğurlar arzu edir!
(Klub saytı)
