23 dekabr 2013 18:52
Kalonas: Bakını tərk etmək haqda düşünmürəm
"Bakı"nın yarımmüdafiəçisi Mindauqas Kalonas "Bakı"nı tərk edəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hazırkı klubumla yaya qədər müqaviləm var. Bütün fikrim komandamın uğur qazanaraq avrokuboklara düşməsinə yönəlib. Azərbaycandan və əcnəbi klublardan təklif aldığımı gizlətmirəm. Lakin müqaviləm olduğu üçün klubumu dəyişmək barədə düşünmürəm. Yayda "Bakı" məni sərəncamında görmək istəməsə, onda başqa variantları nəzərdən keçirəcəm".