23 dekabr 2013 18:21
Mitreski Neftçidən, Qliqorov XL-dan ayrılır
"Neftçi"nin müdafiəçisi İqor Mitreski paytaxt klubundan ayrılacaq. Azerisport.az xəbər verir ki, bu barədə Makedoniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, yanvarda "ağ-qaralar"ın düşərgəsinə qayıtmayacaq.
"Macedonian Football" nəşrinin iddiasına görə, "Xəzər Lənkəran"da çıxış edən digər makedoniyalı futbolçu - Nikola Qliqorov da yanvarda vətəninə qayıtmalı olacaq.
Hər iki futbolçunun komandalarından ayrılmasına səbəb kimi, onların meydana nadir hallarda çıxması səbəb göstərilir.
