23 dekabr 2013 17:50
Simurq rəqib seçir
“Simurq” qış fasiləsi planlarını demək olar ki, müəyyən edib. Azerisport.az xəbər verir ki, gələn il yanvarın 8-də zaqatalalılar Türkiyənin Belek şəhərində ilk məşqinə çıxacaq.
“Simurq” burada yancarın 26-a qədər qalacaq. Bu müddət ərzində komanda dörd-beş yoxlama görüşü keçirmək fikrindədir. Məşqmi qərargahına rəqiblərin siyahısı artıq təqdim edilib və məşqçilər bunlardan ən uyğunlarını seçəcək.
