23 dekabr 2013 17:33
Azərbaycanlı hakimləri Spirinlə görüş gözləyir
Azərbaycan futbol hakimləri Türkiyədə keçiriləcək qış toplanışının vaxtını müəyyən edib. Azerisport.az xəbər verir ki, seminar 2014-cü ilin yanvarın 13-də başlayacaq və iki həftə davam edəcək.
Bu müddətdə hakimlər məşq edəcək, yoxlama oyunları keçirəcək və UEFA təlimatçısı Aleksey Spirinin mühazirələrini dinləyəcək.
Toplanışda 38 hakim iştirak edəcək.
