23 dekabr 2013 17:00

Yuri Syomin: Qəbələnin böyük gələcəyi olacaq

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin futbol üzrə Topaz Premyer Liqasının səviyyəsi, öz komandası, həmçinin, milli çempionatda legioner limiti haqda danışıb. Azerisport.az Syominin fikirlərini diqqətinizə çatdırır.
 
“Premyer Liqa kifayət qədər çətindir. “Neftçi”, “Qarabağ” kimi liderlər var. Onlar hər mövsüm çempionluq uğrunda mübarizə aparır. İndi biz bu mübarizəyə girişmişik və hələ ki, tab gətiririk.  Birini yerdən bir pillə geri qalırıq”, deyə Syomin milli çempionatın səviyyəsi haqda fikrini bildirib.
 
- Komanda nəyin hesabına mübarizə aparır?
- Biz kadrlar heyətində böyük dəyişikliklər etmişik. Yəqin ki, bu, məşq prosesində baş verib. Əsas dəyişikliklər, görünür ki, yeni oyunçuların alınması ilə bağlıdır. Mənim fikrimcə, onlar özünü yaxşı göstərir. Komanda daxilində ab-hava xoşuma gəlir. Futbolçuların şövqü yaxşıdır. Ebesilionu xüsusilə qeyd edərdim. Bu futbolçu istənilən Rusiya komandasında oynaya bilər.
 
- O, haralıdır?
- O, hollanddır. “Ayaks”da tərbiyə alıb və oynayıb. Donetsk “Metallurq”unda da oynayıb. Onun hələ 22 yaşı var və öz düşüncəsi, hazırlığı ilə seçilir. O, komandamızın lideridir.
 
10 komanda dörd dövrədə oyunlar keçirir. Çoxlu gərgin oyunlar var. Bizim bəzi problemlərimiz var. “Qəbələ” yeni komandadır. Komandanın yeni iddiaları, sadəcə çox mükəmməl infrastrukturu var.  Məşq meydanlarına gəlincə, hazırda rəhbərlik 15 min yerlik yeni müasir stadionun inşasını istəyir. Bu kiçik kurort şəhərciyi üçün arenanı layihəsi artıq var. Futbol üçün burada mövcud hər şey düzgün tədricən inkişaf edir. Bunda rəhbərliyin rolu böyükdür. Ona görə də mən düşünürəm ki, “Qəbələ”nin böyük gələcəyi olacaq.
 
- “Qəbələ” tarixində ilk dəfə ili ikinci pillədə bitirir...
- Birinci pillədə gedirdik (gülür). Sonda gerilədik. Buna rəğmən, hər şey yüksəlişə doğru gedir. İlk dövrədə 16 xal toplamışdıq. İkincidə 19 xal topladıq. Tempi saxlasaq, biz birinciliyin “qızıl”ına real namizədik.
 
- Bu yaxınlarda biz “Neftçi” - “Qəbələ” oyununa baxdıq (2:1). Hakimliyin obyektiv olduğunu deməzdin...
- Mən deyərdim ki, bu, Ukrayna və Rusiyadakı hakimlikdən pis deyil. Səhvləri hər yerdə edirlər. Düşünürəm ki, hər şey müəyyən vəziyyətlər daxilindədir. “Neftçi” bizi belə desək, son saniyədə məğlub etdi. Cərimə vardı. Mən bu gün də aydınlaşdıra bilmirəm və mənə bir vəziyyəti heç kim də izah edə bilmir. “Canlı sədd” cərimə meydanı xəttində dayanıb. Rəqib oyunçu isə düz qapıçının qarşısında dayanıb.  Bir tərəfdən o, qapıçıya mane olur. Zərbə vurulur və oyunçu qapıçıdan qaçır. Qapıçı yayınır və zərbəyə reaksiya verə bilmir. Mən başa düşə bilmirəm, oyundankənar vəziyyət vardı ya yox. Bir qisim deyir ki, oyunçu qaçır və qapıçıya mane olmur. Digərləri isə oyundankənar vəziyyət olduğunu deyir. Beləcə uduzduq.
 
Legioner limiti haqqında
- Hər komanda özünəməxsus surətdə qurulub. Azərbaycanda Rusiyada olduğu kimi limit var. Meydanda mütləq dörd yeli oyunçu olmalıdır. Bu oyunçular böyük rol oynayır. Məsələn, “Neftçi”də çoxdan azərbaycanlı kadrların təmsilçiləri vardı. Olarda ən yaxşılar toplanıb. Necə ki, “Spartak” vaxtı ilə Nikiforov, Onopka, Tsımbaları bir araya gətirərək, böyük sıçrayış etmişdi. Burada da belədir. Bu planda biz “Neftçi” və “Qarabağ”dan geri qalırıq. Limit isə kifayət qədər sərtdir. Yerlilərdən biri mütləq 21 yaşından böyük olmamalıdır. “Qəbələ”də gənc oyunçuların tərbiyəsinə böyük diqqət ayrılır. Özümüzün futbol akademiyası var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.