23 dekabr 2013 15:44
İnterdən növbəti qələbə
“İnter” PİK-in Uşaq Gənclər Futbol Məktəbinin 2000-ci il təvəllüdlərdən ibarət komandası “Dinamo-Batumi” klubunun 90 illiyinə həsr olunmuş futbol turnirində iştirak etmək üçün qonşu Gürcüstanda səfərdədir. Azerisport.az xəbər verir ki, bu gün komanda növbəti matçını keçirib.
Gürcüstanın "Bakuriani" komandası ilə qarşılaşmada "İnter" 3:1 hesabı ilə qalib gəlib və qrupunda 1-ci yeri tutub.
