23 dekabr 2013 15:15
Qarabağ Buxarest Dinamosu ilə qarşılaşacaq
"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağıq rəqiblərdən birinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Türkiyədəki hazırlıq prosesi çərçivəsində Buxarest "Dinamo"su ilə üz-üzə gələcək.
Rumıniya klubu ilə oyun yanvarın 19-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ"ın bundan başqa yanvarın 22, 23 və 25-də də yoxlama oyunları keçirəcək.
