23 dekabr 2013 15:08
Subaşiç son uğursuzluqlardan danışdı
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Orduspor" klubunun hücumçusu Branimir Subaşiç PTT 1-ci Liqanın son turlarında uğursuzluqla üzləşmələrindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Son dövrlər klubumuzun heç bəxti gətirmir. Gah uğursuz oyunlar keçiririk, gah da zədələr, itkilər bizə problem yaradır. Öz çıxışıma gəlincə, əslində pis oynamıram. Sadəcə, qol vura bilmirəm. Qol vəziyyətlərini çox çətinliklə yaradırıq. Bu həftənin axırında ilk dövrənin son turu çərçivəsində "Şanlıurfaspor"la qarşılaşacağıq. Oynamaq lazımdı. Liderlər qrupundan geri qalmaq istəmirik".

Qeyd edək ki, "Orduspor" 33 xalla 4-cü yerdə gedir.