23 dekabr 2013 14:21
Vladimir Levin: Reynaldo Azərbaycan yığmasına kömək edə bilər
"Qəbələ"nin kapitanı Vladimir Levinin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" "İnter"ə qalib gələ bilməsəydi, "Qəbələ" qış çempionu ola bilərdi...
- Qış çempionluğuna qarşı olmazdım. Amma bizim əsas istəyimiz yayda bu adı qazanmaqdı.
- Bu yarım il klub tarixində ən uğurlu müddətdi. Bu barədə nə deyə bilərsiz?
- Ötən mövsüm barədə heç nə deyə bilmərəm. Çünki o vaxt komandada deyildim. Bu mövsüm isə hər şey yaxşı gedir. Komanda hələ ki, mükafatçılar sırasındadı. Yekun nəticə isə mayda bilinəcək. Bax onda uğurdan danışmaq olar.

- Prinsipcə, komanda 2-ci pillədəki mövqeyini qoruyacağı halda da bu, böyük uğur sayılacaq...
- Mövsüm ərəfəsində qarşımıza hədəf qoyulmuşdu. Bu hədəf isə yalnız Premyer Liqanı qazanmaqdan ibarətdi.
- Necə hesab edirsiz, komandanı gücləndirməyə ehtiyac var?
- Əlbəttə, komandamız o dərəcədə zəif deyil ki, yeni futbolçulara ehtiyac olsun. Amma mənə elə gəlir ki, bəzi əlavələrin olması pis olmazdı. Bu suala daha dəqiq cavabı Yuri Syomin verə bilər. O, komandanın zəif cəhətlərini daha yaxşı bilir.

- Bu ili Azərbaycan yığması üçün də uğurlu saymaq olar?
- Pis il olmadı. Seçmə mərhələdə yaxşı nəticələr qazandıq. Bunu nəzərə alsaq, növbəti tsikldə qarşımıza daha ciddi hədəflər qoyula bilər.

- Sizcə, yığmamız AÇ-2016-nın final mərhələsinə vəsiqə qazana bilər?
- Asan olmayacaq. İlk növbədə hansı qrupa düşəcəyimizdən çox şey asılıdı. Amma qarşıya qoyulan hər hədəfə çatmaq mümkündü. Bildiyimə görə, AÇ-2016-da edilən yeni dəyişiklər nəticəsində final mərhələsinə düşmək daha asanlaşıb.

- "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo yığmamızda oynamaq istəyir. Sizcə, yeni tsikl öncəsi onu milliləşdirməyə ehtiyac var?
- O, yaxşı futbolçudu. Mən onun milliləşdirilməsinin əleyhinə olmazdım. Əsas odu ki, nəticələrimiz yaxşı olsun (gülür). Reynaldo Azərbaycan yığmasına kömək edə bilər.